 |
“Bank of Azerbaijan” Açıq səhmdar
cəmiyyəti 1 dekabr
1993-cü il tarixdə Azərbaycan
Respublikası Milli Bankının 166 saylı
lisenziyası əsasında “Rabbatbank” KB-ı
kimi fəaliyyətə başlamışdır. 1998-ci ildə Bankın səhmləri “Türkiyə
Dış Ticarət Anonim Şirkəti” və
Azərbaycanın iki fiziki şəxsi tərəfindən
əldə edilmiş və bankın adı
dəyişdirilərək “İş Bankası Azərbaycan”
Müştərək Kommersiya Bankı
adlandırılmışdır.
2004-cü ildə Azərbaycan Respublikasının
“Banklar haqqında” Qanununun tələblərinə
müvafiq olaraq bank öz təşkilati-hüquqi
formasını dəyişərək “İş Bankası
Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti
adlandırılmışdır və bu barədə Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi
tərəfindən müvafiq qeydiyyat
aparılmışdır.
2006-cı ildə
“Türkiyə Dış Ticarət Anonim Şirkəti”
Bankın Səhmdarları sırasından çıxmış və
ona məxsus 1% səhm paketini Ərəb Şirkəti
olan “Nem Holdings Limited”ə satmışdır
və Səhmdarların Ümumi Yığıncağı
tərəfindən Bankın adının
dəyişdirilməsinə qərar verilərək “Bank
of Azerbaijan” ASC-i adlandırılmışdır.
Hazırda Bank müştərilərə müxtəlif növ
bank xidmətləri göstərir –
hesablaşma-kassa xidmətləri, istehlak,
biznes, sahibkarlıq və ipoteka
kreditləri, sənədli əməliyyatlar,
əmanətlər, plastik kartlar, pul
köçürmələri, yol çekləri, bank
seyflərinin icarəsi və sair.
Bank sahibkarlığın kreditləşdirilməsi və
ipoteka kreditlərinin verilməsi üzrə
dövlət proqramlarında aktiv iştirak edir.
Bank Sahibkarlığa Kömək Milli Fondu və
Azərbaycan İpoteka Fondunun
vəsaitlərindən istifadə üzrə müvəkkil
banklardan biri seçilmişdir. Bank
“Əmanətlərin sığortalanması haqqında”
Azərbaycan Respublikasının qanununa
əsasən yaradılmış Əmanətlərin
Sığortalanması Fondunun üzvüdür və
Bankda yerləşdirilmiş əhalinin
əmanətləri Fondun şərtlərinə əsasən
sığortalanır.
Bankımız
Koorporativ İdarəetmə sistemində
ISO-9001 Beynəlxalq Standartlaşmanın
Sertifikatına malikdir.
Bank of Azerbaijan-nın fəaliyyətinin
prioritet istiqamətlərindən biri də
müxtəlif xarici və yerli
assosiasiyalarda aktiv iştirakı təşkil
edir. Bank of Azerbaijan Azərbaycan
Banklar Assosiasiyasının Rəyasət
Heyətinin və Azərbaycan Sahibkarlar
Milli Konfederasiyasının aktiv
üzvlərindəndir.
Bankımız VISA
International beynəlxalq ödəniş
sistemlərinin üzvüdür və Azərbaycanda
çip kartlarını buraxan ilk banklardandır.
Bank of Azerbaijan həmçinin Western
Union və Xpress Money təcili pul köçürmə
sistemlərinə qoşulmuşdur. Bankımız eləcə
də müxtəlif yerli və xarici banklarla
müxbir əlaqələri yaratmışdır. Bu banklar
sırasına Rusiyanin “Sberbank”ı,
Almaniyanın “Drezdnerbank”ı və
Azərbaycanın bütün aparıcı bankları
daxildir.
Azərbaycanın və dünya iqtisadiyyatının
sürətlə inkişaf etdiyi bir dövrdə Bank
of Azerbaijan-nın mühüm və prioritet
məqsədlərindən biri də öz fəaliyyət
dairəsini və xidmət şəbəkəsini
genişləndirməkdir. Bankımız hal-hazırda Bakı, Naxçıvan,
Sabirabad, Balakən, Ucar və
Zərdab şəhər və rayonlarında 19 filial,
34 mübadilə şöbəsi və 21 bankomatdan
ibarət xidmət şəbəkəsinə malikdir. |