|
18
Yanvar 2010 /
15:16
«Bank of Azerbaijan»-ın ən iri filialının açılışı baş tutdu |
|
18 yanvar, 2009, Bakı: «Bank of Azerbaijan» filiallarının iriləşdirilməsinə dair siyasətini davam etdirir. Bunun bariz nümunəsi bu gün Bankın “Elmlər Akademiyası” metro stansiyası yaxınlığındakı Landau küç. 6 ünvanında yerləşən filialının açılışı oldu.
Qeyd etmək lazımdır ki, bu filial «Bank of Azerbaijan»-ın filialları arasında ən irisidir. Filialın sahəsi 560 m2 təşkil edir və eyni zamanda 10 müştəriyə xidmət göstərmək üçün nəzərdə tutulub.
Filialın açılış mərasimində «Bank of Azerbaijan»-ın İdarə Heyətinin Sədri Xəyal Şərif-zadə iştirak edərək vurğuladı ki, bu cür iri filialın açılışı, «Bank of Azerbaijan»-ın 2009-cu ilin əvvəlindən sürdüyü filiallar şəbəkəsinin optimallaşdırılması siyasətinin davamıdır.
«2009-cu ilin əvvəlindən başlayaraq, biz filiallar şəbəkəsinin optimallaşdırılması prosesinə başlanğıc vermişik. Bu proses artıq mövcüd olan filialların iriləşdirilməsini və Bakı şəhərində və regionlarda yeni filialların açılmasını nəzərdə tutur. Bankın bu yeni filialı 4 filialın birləşməsi nəticəsində yaranıb. Biz əminik ki, Bankımız müştərilərinə ən yaxşı, yəni daha böyük, rahat və komfortlu filiallarda xidmət göstərməlidir», - deyə Xəyal Şərif-zadə öz çıxışında qeyd etdi.
«Bank of Azerbaijan»-ın İdarə Heyətinin Sədrinin sözlərinə əsasən, yeni filialda 30 qədər işçi çalışacaq. Filialın fəaliyyətində bir sıra yeniliklər tətbiq olunacaq. Belə ki, filialda elektron növbə sistemi tətbiq olunacaq. Bununla yanaşı, filialda müştərilərə VİP xidmət və bütün növ bank xidmətləri göstəriləcək. VİP müştərilərə filialda şəxsi menecer xidmət göstərəcək. Bundan əlavə, VİP müştərilər prioritet qaydada depozit seyflərindən yararlanmaq imkanına malik olacaqlar.
Yeni filial müştərilər üçün olduqca rahat yerdə yerləşir və müasir parkinqlə təmin olunub. Ümumiyyətlə, əhalinin rahatlığı naminə çalışan «Bank of Azerbaijan», gələcəkdə də metro stansiyaları yaxınlığında və əhalinin sıx yerləşdiyi yerlərdə öz iri filiallarının açılışını davam edəcək. Ən yaxın günlərdə Bank “Gənclik” metro stansiyası yaxınlığında yerləşən növbəti iri filialının açılışını planlaşdırır.
Xatırladaq ki, «Bank of Azerbaijan»-ın nizamnamə kapitalının həcmi 15 milyon manat, bank aktivlərinin ümumi həcmi isə 144 milyon manatdan çox təşkil edir. Bank daima öz müştərilərini unikal məhsulları ilə sevindirir, ölkənin biznes-qurumlarına və fərdi şəxslərə dəstək verir. |
|
15
Yanvar 2010 /
09:45
«Bank of Azerbaijan»-ın maliyyə dəstəyi ilə Azərbancanlı qadın yazıçıların daha 2 kitabının təqdimatı baş tutdu |
|
M.F.Axundov adına Milli Kitabxanada «Bank of Azerbaijan»-ın maliyyə dəstəyi ilə nəşr olunmuş növbəti kitabların təqdimat mərasimi baş tutdu.
Yazıçılar Günel Anarqızının və Afaq Məsudun kitablarının təqdimatı keçirilmişdir. Korporativ Sosial Məsuliyyət çərçivəsində reallaşdırılan bu təqdimat «Bank of Azerbaijan», «525-ci» qəzet və Azərbaycan Yazıçılar İttifaqının «Ədəbiyyata olan sevgini dəstəkləyirik» adlı birgə layihəsinin davamıdır.
Təqdimat mərasimində «Bank of Azerbaijan»-ın idarə heyətinin sədri Xəyal Şərif-zadə, Yazıçılar Birliyinin katibi və «525-ci» qəzetin baş redaktoru Rəşad Məcid, yazıçılar Günel Anarqızı və Afaq Məsud, millət vəkili Aqil Abbas və ölkənin digər görkəmli ictimai xadimləri iştirak etdilər.
Çıxış edənlər reallaşdırılan layihənin mahiyyətini və onun ictimayyət üçün faydasını xüsusi vurğuladılar.
«Bank of Azerbaijan»-ın idarə heyətinin sədri öz çıxışında ölkənin bütün biznes-qurumlarını sosial əhəmiyyətli layihələri dəstəkləməyə çağırdı.
«Diqqəti yalnız kommersiya xarakterli layihələrə yönəltmək düzgün deyil. Sosial layihələrə dəstəyin göstərilməsi öz imici və nüfuzu haqda fikirləşən hər bir şirkətin borcudur. «Bank of Azerbaijan» sosial yönlü bank olduğu üçün hər zaman analoji layihələri dəstəkləyəcək», - deyə X.Şərif-zadə qeyd etdi.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid öz çıxışında «Bank of Azerbaijan»-a öz minnətdarlığını və gələcəkdə birgə əməkdaşlıq edəcəyinə ümid bəslədiyini birdirdi.
«Bank of Azerbaijan»-ın kommunikasiya şöbəsinin rəhbəri Rüfət Abbasov qeyd etdi ki, bank bundan sonra da “Ədəbiyyata Sevginizi Dəstəkləyirik” layihəsini davam edəcək. Bununla yanaşı, R.Abbasov vurğuladı ki, «Bank of Azerbaijan» bu il Korporativ Sosial Məsuliyyət çərçivəsində kifayyət qədər iri və ambisiyalı layihələri reallaşdırmaq niyyətindədir.
Təqdimat mərasimində həmçinin millət vəkili Aqil Abbas çıxış edərək “Ədəbiyyata Sevginizi Dəstəkləyirik” kampaniyasının Azərbaycan ictimayyəti üçün çox vacib olduğunu qeyd etdi.
«Layihənin gənc istedadlara istiqamətlənməsi çox önəmlidir. «Bank of Azerbaijan», “525-ci qəzet” və Azərbaycan Yazıçılar Birliyi cəmiyyətdə ədəbiyyata marağın artması naminə çalışırlar. Və bu qiymətsizdir», - deyə, Aqil Abbas vurğuladı.
Sonra isə, söz Günel Anarqızı və Afaq Məsuda verilmişdir ki, onlar da kitabın nəşr olunması ilə əlaqədar olaraq təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər. «Biznes-qurumların ədəbiyyata qayğısı və marağı bizi daha keyfiyyətli yaradıcılığa sövq edir. Əməyimizin qiymətləndirilməsini və ona lazımi diqqətin verilməsini dərk etmək çox xoşdur», - deyə, xanım yazıçılar bildirdilər.
Xatırladaq ki, “Ədəbiyyata Sevginizi Dəstəkləyirik” layihəsinin əsas məqsədi – Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsidir. Dərc olunmuş kitablar ölkə kitabxanalarına, «Bank of Azerbaijan»-ın VIP müştərilərinə və «525-ci» qəzetin abunəçilərinə pulsuz paylanılır. Seriyanın redaktoru Səlim Babullaoğludur. Hal-hazırda “Ədəbiyyata Sevginizi Dəstəkləyirik” layihəsi çərçivəsində Nürəngiz Günün, Afaq Məsudun və Günel Anarqızının əsərləri artıq nəşr olunub. Yaxın gələcəkdə gənc Azərbaycan xanım yazıçılarının daha bir neçə əsəri nəşr olunacaq.
|
|
09 Dekabr 2009 /
15:20
«Bank of Azerbaijan-ın dəstəyi ilə nəşr olunmuş kitabların təqdimat mərasimi baş tutdu» |
|
Azərbaycan Yazıçılar Birliyində iki kitabın - şairə Nurəngiz Günün və Azərbaycan qadın yazıçılarının seçilmiş əsərlər toplusunun təqdimat mərasimi baş tutdu.
Kitablar, «Bank of Azerbaijan», Azərbaycan Yazıçılar Birliyi və «525-ci» qəzet tərəfindən reallaşan «Ədəbiyyata Sevginizi Dəstəkləyirik» adlı yeni layihəsi çərçivəsində nəşr olunublar.
Təqdimat mərasimində Azərbaycanın görkəmli ictimai xadimləri iştirak etdilər. Azərbaycan Yazıçılar Birliyinin katibi, «525-çi» qəzetin baş redaktoru Rəşad Məcid öz çıxışında bu tədbirin mahiyyətini xüsusilə vurğuladı.
«Bu günkü mərasim Azərbaycan ictimayyəti üçün xüsusi önəm daşıyır. Bu təqdimat ictimayyətdə ədəbiyyata olan sevginin oyanmasını göstərir. Kitabların nəşri ilə əlaqədar olan bütün xərcləri öz üzərinə götürmüş «Bank of Azerbaijan»-ın da bu layihənin gercəklənməsində böyük rolu oldu. İnanmaq istərdim ki, digər biznes-qurumlar da, «Bank of Azerbaijan»-dan nümunə götürərək, müxtəlif ədəbiyyat layihələrində iştirak edəcəklər », - deyə R.Məcid bildirdi.
«Bank of Azerbaijan»-ın Kommunikasiyalar Şöbəsinin rəhbəri Rüfət Abbasov öz növbəsində qeyd etdi ki, Bank bu lahiyədə iştirakı ilə fəxr edir.
«Lakin biz əldə olunan nailiyyətlərlə kifayyətlənmək niyyətində deyilik. Bu layihə, «Bank of Azerbaijan»-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Korporativ Sosial Məsuliyyət çərçivəsində reallaşdırılmışdır. «Bank of Azerbaijan»-ın əsas məqsədi – cəmiyyətimizə xidmət etməkdir. KSM üzrə ümumi strategiyamız «Cəmiyyətə Sevginizi Dəstəkləyirik» şüarı altında həyata keçirilir. Bu şüar hər bir layihəmizdə öz əksini tapacaq», - deyə çıxışının sonunda Rüfət Abbasov vurğuladı.
Şeirlər toplusunun təqdimatı keçirilmiş məşhur Azərbaycan şairəsi Nurəngiz Gün Azərbaycan Yazıçılar Birliyinə, «525-ci» qəzetə və «Bank of Azerbaijan»-a öz dərin minnətdarlığını bildirdi.: «Tamamilə yad insanlara kömək etdiyinizi dərk etmək xoşdur. «Ədəbiyyata Sevginizi Dəstəkləyirik» layihəsi ən xoş sözlərə layiqdir. Ümid edirəm ki, «Bank of Azerbaijan» daima bizim etibarlı dostumuz və yardımçımız olacaq», - deyə N.Gün qeyd etdi.
Xatırladaq ki, «Ədəbiyyata Sevginizi Dəstəkləyirik» layihəsi Azərbaycan ədəbiyyatının inkişafı və cavan istedadların dəstəklənməsi məqsədini daşıyır. Kitablar ölkənin kitabxanalarına, «Bank of Azerbaijan»-ın VIP müştərilərinə və «525-ci» qəzetin abunəçilərinə pulsuz paylanacaq. Seriyanın redaktoru Səlim Babullaoğludur. Yaxın zamanlarda layihə çərçivəsində Afaq Məsud, Günel Anarqızı və Aysel Əlizadənin əsərləri dərc olunacaq.
|
|
02 Dekabr 2009 /
10:20
«Bank of Azerbaijan» - «Ədəbiyyata sevginizi dəstəkləyirik» |
|
«Bank of Azerbaijan» Azərbaycan Yazıçılar İttifaqı və «525-ci» qəzet ilə birgə «Ədəbiyyata sevginizi dəstəkləyirik» adlı yeni layihəyə start verir.
Korporativ Sosial Məsuliyyət çərçivəsində reallaşdırılan bu layihə müddətində «Bank of Azerbaijan»-ın maliyyə dəstəyi ilə cavan yazıçıların əsərləri dərc olunacaq.
Layihənin əsas məqsədi Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsi və cavan istedadların dəstəklənməsidir. Dərc olunmuş kitablar ölkə kitabxanalarına, «Bank of Azerbaijan»-ın VİP müştərilərinə və «525-ci» qəzetin abunəçilərinə pulsuz çatdırılacaq. Beləliklə, unikal əsərlər geniş auditoriya üçün əlçatan olacaq.
«Bank Korporativ Sosial Məsulliyyətə xüsusi diqqət yetirir. Mədəniyyətlə əlaqədar olan layihələr KSM-də mühüm rol oynayır. Mədəniyyətin müxtəlif sahələrinin dəstəklənməsi «Bank of Azerbaijan»-ın yaxşı ənənəsinə çevrilir. Biz əminik ki, hər bir vətəndaş Azərbaycan mədəniyyətinin inkişafına öz töhfəsini verməlidir», - deyə Bankın İdarə Heyətinin Sədri Xəyal Şərif-zadə bildirdi.
«Bank of Azerbaijan»-ın bu layihədə iştirakını Azərbaycan Yazıçılar İttifaqının katibi, «525-ci» qəzetin baş redaktoru Rəşad Məcid yüksək qiymətləndirdi.
«Ədəbiyyatı, yazışıları dəstəkləyən hər bir biznes-qurum dərin hörmətə layiqdir. Bu layihə, mənəvi dəyərlərin saxlanılmasına və ölkəmizin gələcək nəsillərinə dəstək göstərilməsinə öz töhfəsini verəcək. İnanmaq istəyirəm ki, gələcəkdə ədəbiyyatı dəstəkləyən biznes-qurumların sayı getdikcə artacaq», - deyə, Rəşad Məcid qeyd etdi.
Xatırladaq ki, Bank, müxtəlif mədəniyyət tədbirlərinin dəstəklənməsi çərçivəsində artıq bir sıra aksiyaları reallaşdırıb. Cari ilin sentyabr ayında «Bank of Azerbaijan» Azərbaycan ictimaiyyətinin böyük marağına səbəb olan «Şərq-Qərb» kinofestivalının rəsmi sponsoru qismində çıxış etmişdir. «Şərq-Qərb» festivalının təşkilatçılığı çərçivəsində Bank «Mədəniyyətə olan sevgini dəstəkləyirik» şüarı altında geniş miqyaslı kampaniya keçirib.
Yaxın gələcəkdə «Bank of Azerbaijan» həmçinin «Təbiətə sevginizi dəstəkləyirik», «Uşaqlara sevginizi dəstəkləyirik», «Şəhərə sevginizi dəstəkləyirik» və s. şüarları altında bir sıra maraqlı Sosial layihələrin reallaşdırılmasını planlaşdırır.
|
20 Noyabr 2009 /
11:00
Bank of Azerbaijan Nizamnamə kapitalını 25 milyon manata qədər artırmaq niyyətindədir |
|
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank of Azerbaijan"-ın ümumi nominal qiyməti 10 milyon manat təşkil edən adi adlı sənədsiz səhmlərinin emissiyası prospekti qeydə alınıb. Yeni emissiya zamanı bazara nominal qiyməti 20 manat təşkil edən cəmi 500 min səhm buraxılacaq. Beləliklə, səhmlərin elan olunan miqdarının yerləşməsindən sonra "Bank of Azerbaijan"-ın nizamnamə kapitalı 25 milyon manata çatacaq.
Yerləşdirilmə 2009-cu ilin dekabr ayından 2010-cu ilin dekabr ayınadək Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Səhmləri əldə etmək arzusunda olan şəxslər broker lisenziyasına malik olan və “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər. "Bank of Azerbaijan"-ın adi adlı sənədsiz səhmlərinin emissiyası prospekti Bakı Fond Birjasının saytında “Emitentlər” bölməsində yerləşdirilib.
”Bizim əsas məqsədlərimizdən biri 2010-cu ilin sonunadək ölkənin aparıcı on bankı sırasına daxil olmaqdır, və nizamnamə kapitalının planlaşdırılmış artırılması bu məqsədə nail olmaq üçün vacib bir addımdır”, - deyə "Bank of Azerbaijan"-ın İdarə Heyətinin Sədri Xəyal Şərifzadə bildirib.
Qeyd edək ki, hal-hazırda "Bank of Azerbaijan" əhaliyə geniş spektrdə xidmətlər göstərir. 2009-cu ilin ilk 9 ayının nəticələrinə görə Bank yüksək nailiyyətlər əldə edib. Belə ki, Bank aktivlərinin ümumi həcmi 32,89% artaraq, 144 530 630 manat təşkil edib, kredit portfeli - 24,71%, depozit portfeli isə 41,72% artıb.
|
05 Noyabr 2009 /
14:40
«Bank of Azerbaijan» «Azercell» abonentləri olan «BizKlub»-un üzvləri üçün inanılmaz imtiyazlar verir |
|
Daima öz müştərilərinin imkanlarının genişləndirilməsi haqda düşünən «Bank of Azerbaijan», «BizKlub»-a üzv oldu. Bundan sonra «BizKlub»-un üzvləri olan «Azercell» abonentlərinə müxtəlif güzəştlərdən yararlanmaq imkanı veriləcək.
Beləliklə, «Bank of Azerbaijan»-da hesab açan «BizKlub»-un hər bir üzvünə aşağıdakı imtiyazlar verilir:
üçüncü şəxsin adına bank əmanətini rəsmiləşdirmək;
ona rahat olan sxemlə əmanətdən faizlər əldə etmək;
hesaba toxunmadan pullardan istifadə etmək.
Bundan başqa, «BizKlub»-un hər bir üzvünə hədiyyə olaraq «Bank of Azerbaijan»-ın plastik kartı təqdim olunacaq. Bu kart onun qarşısında aşağıda qeyd olunan geniş imkanlar açacaq:
«MobilBank» xidmətinə pulsuz qoşulma;
mobil telefon vasitəsilə kommunal xidmətlərin komissiyon haqqı olmadan ödənməsi;
plastik kartdakı qalıq pula və pul dövriyyəsinə real rejimdə müşahidə edilməsi.
«BizKlub»-un üzvləri kreditləşmə xidmətlərindən daha sərfəli şərtlərlə yararlana bilərlər:
xüsusi analiz nəticəsində alınmış məbləğdən 10% daha çox kreditin verilməsi;
kreditə 0,5-dən 2%-dək güzəşt.
Xatırladaq, ki «BizKlub» - «Azercell»-in fakturalı xətt abonentləri və korporativ abonentləri üçün nəzərdə tutulmuş sərfəli danışıq, müxtəlif güzəşt və endirimlər klubudur.
«Bank of Azerbaijan»-ın «BizKlub»-a qəbul olunması nəticəsində əmanətçilər üçün çoxsaylı yeni imkanlar açılır. Bank bundan sonra da öz müştəriləri ilə tərəfdaşlı və etibarlı münasibətlərin qurulması istiqamətində uğurlu siyasət aparacaq.
Qeyd edək ki, «Bank of Azerbaijan»-ın nizamnamə kapitalının həcmi 15 000 000 manat, bank aktivlərinin ümumi həcmi isə 144 milyon manatdan çox təşkil edir.
|
28 oktyabr 2009 /
09:40
“Bank of Azerbaijan"-a qoyulan əmanətlərin sayı artıb |
|
Cari ilin 9 ayı ərzində «Bank of Azerbaijan» Azərbaycanın maliyyə bazarında öz vəziyyətini bir qədər də möhkəmləndirib. «Bank of Azerbaijan» yüksək maliyyə nəticələri əldə etməklə, öz müvəffəqiyyətli fəaliyyətinin gələcəkdə də davam etdirilməsi üçün geniş perspektivlərin açılmasına nail olub.
Cari ilin oktyabr ayının 1-nə olan məlumata əsasən Bank aktivlərinin ümumi həcmi 32,89% artaraq, 144 530 630 manat təşkil edir. Bu ilin əvvəlində həmin göstərici 108 755 750 manat təşkil edirdi.
«Bank of Azerbaijan»-nın nizamnamə kapitalı 15 000 000 manatadək artıb, bu isə ilin əvvəlinə nisbətən 2,49 % daha yüksəkdir. «Bank of Azerbaijan»-nın dinmaik inkişafı və etibarlılığı maliyyə hesabatın digər göstəriciləri ilə də təsdiq olunur.
Məlum olduğu kimi, «Bank of Azerbaijan» uzunmüddətli əməkdaşlıq məqsədilə etibarlı müştərilərin cəlb olunmasına istiqamətlənmiş kredit siyasətini reallaşdırır. Bankın kredit portfeli 2009-cu ildə 24,71 % artıb. Cari ilin 9 ayı ərzində cəmi 113 331 550 manat həcmində kreditlər verilib. Bu ilin yanvar ayının 1-nə olan məlumatlara əsasən həmin göstərici 90 873 830 manat təşkil edirdi.
2009-cu ilin 9 ayı ərzində Bankın depozit portfeli 41,72% artıb. Belə ki, 1 yanvar 2009-cu il tarixinə olan məlumatlara əsasən onun həcmi 42 489 830 manat təşkil edirdisə, cari ilin 1 oktyabr tarixinə olan məlumatlara əsasən depozit portfeli artıq 60 218 560 manat təşkil edir.
«Bank of Azerbaijan» öz fəaliyyətində müştərilərlə aparılan işə xüsusi yer ayırır. Müştərilərə keyfiyyətli xidmətin göstərilməsi, onların problemlərinə diqqətlə yanaşma sayəsində fiziki şəxslər tərəfindən qoyulan müddətli əmanətlərin sayı 67,07 % artıb. 1 oktyabr 2009-cu il tarixinə müddətli əmanətlərin həcmi 50 402 610 manat təşkil edir, həmin ilin yanvar ayında isə bu göstərici 30 168 190 manat təşkil edirdi.
Qeyd edək ki, «Bank of Azerbaijan» daima öz müştərilərini unikal məhsullarla sevindirir, ölkənin biznes-strukturlarına və fərdi şəxslərə böyük dəstək verir. Bu gün «Bank of Azerbaijan» ipoteka kreditini vermək hüququna malik 18 yerli banklar sırasına daxildir.
|
|
07 oktyabr 2009 /
11:10
“Bank of Azerbaijan” tenderlər üzrə sənədlərin qəbul vaxtını uzadıldı |
Özünü maddi-texniki
bazasının təkmilləşdirilməsi məqsədilə Bank of
Azerbaijan aşağıdakı istiqamətlər üzrə
tenderlərin keçirilməsini elan edir:
| Mebel təminatı |
| Yanğından mühafizə siqnalizasiyası |
|
Videoizləmə sistemi |
|
Keçid-buraxılış sistemi |
|
Elektron növbə sistemi |
|
VRV çox zonal kondisionerlər sistemi |
|
Modul seyflər |
|
Şəbəkədaxili sistem |
|
Lift təminatı |
Tenderlərdə iştirak üçün müraciətlərin qəbul müddəti 2009-cu il 16 oktyabra qədər uzadılıb. Tenderlərdə iştirak müraciətləri müraciət edən şirkət və namizəd şirkətin təkflif etdiyi həll variantları barədə ümumi məlumatı əks etdirməlidir. Namizədin dərəcəli seçimi uğurla keçdiyi təqdirdə, tender komissiyası bu haqda ona məlumat verəcək və tender sənədlərin alınması məqsədilə həmin namizədin nümayəndəsini dəvət edəcəkdir. Dərəcəli seçimi keçməmiş namizədlərə yazılı bildiriş göndəriləcəkdir. Tenderdə iştirak etmək istəyənlər bu email ünvanı vasiətəsilə əlaqə yarada bilərlər:
tender@bank.az |
26 sentyabr 2009 /
11:30
Bank of Azerbaijan Filial şəbəkəsini optimallaşdırır |
|
Ölkənin maliyə sektorunun liderlərindən biri olan «Bank of Azerbaijan» əhaliyə təklif olunan xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə hal-hazırda filiallar şəbəkəsinin optimallaşdırılması istiqamətində fəal iş aparır.
«Fillialar şəbəkəmizin optimallaşdırılması «Bank of Azerbaijan»-nın ölkə üzrə filliallarının birləşdirilərək böyüdülməsini nəzərdə tutur. Artıq cari ilin noyabr-dekabr aylarında Bankın bir neçə kiçik filialının birləşməsi nəticəsində yaranmış 2 iri filial istifadəyə veriləcək», - deyə, «Bank of Azerbaijan»-nın İdarə Heyətinin sədri Xəyal Şərifzadə bildirib.
Bu filiallar Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarının ərazisində açılacaq.
Nərimanov rayonundakı filial «Gənclik» metro stansiyası yaxınlığında, Yasamal rayonunda yerləşən filial isə «Elmlər Akademiyası» metro stansiyası, H.Cavid parkı yaxınlığında yerləşəcək.
«Bank of Azerbaijan» yeni filialların yerləşməsinə diqqətlə yanaşır. İri filiallar əhalinin rahatlığı naminə daha canlı yerlərdə, metro stansiyaları yaxınlığında açılacaq. Hər bir filial avtomobillər üçün nəzərdə tutulmuş müasir parklanma ilə təchiz olunacaq. Həmçinin «Qara Qarayev», «Neftçilər» metro stansiyaları və mikrorayonlarda da filialların açılışı planlaşdırılır. Bu günlərdə Bank Bakı Avtovağzal kompleksinin Ticarət mərkəzində öz yeni filialını açıb.
«Bank of Azerbaijan»-nın filiallarının sayı nəinki saxlanılacaq, hətta Bakı və Azərbaycanın regionları üzrə yeni filialların açılışı sayəsində artacaq.
«Əhaliyə daha da yaxın olmaq məqsədilə «Bank of Azerbaijan» 2010-2011-ci illərdə Azərbaycanın regionlarında yeni filialların açılışını planlaşdırır. Filiallar Sumqayıt, Quba, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərində açılacaq. Digər sözlə, «Bank of Azerbaijan», regionların ölkə həyatında daşıdığı mahiyyəti dərk edərək, bu istiqamətdə filiallar şəbəkəsini genişləndirmək və bununla da öz adına sadiq qalmaq niyyətindədir. Sabirabadda, Naxçıvanda, Balakəndə, Zərdabda və Ucarda Bankın filialları artıq mövcuddur», - deyə, Bankın İdarə Heyətinin sədri qeyd etdi.
Bundan başqa, «Bank of Azerbaijan»-nın rəhbərliyi Bakının müxtəlif nöqtələrində yerləşən valyuta mübadiləsi məntəqələrinin sayının azaldılması haqqda qərar qəbul edib. Bu, ilk öncə onların optimallaşdırılması məqsədini daşıyır. Filiallar nəzdində fəaliyyət göstərən mübadilə məntəqələri adi rejimdə işləyəcək.
Filiallar şəbəkəsinin optimallaşdırılması, təqdim olunan xidmətlərin çeşidi və məhsul xəttinin genişləndirilməsinə dair «Bank of Azerbaijan»-nın planları bunula məhdudlaşmır. «Bank of Azerbaijan»
ölkənin biznes qurumlarına və fərdi şəxslərə böyük dəstək olaraq, vətəndaşları öz məhsulları ilə sevindirməkdə davam edəcək.
Xatırladaq ki, «Bank of Azerbaijan»-nın nizamnamə kapitalı 15 milyon manat təşkil edir, bank aktivlərinin ümumi həcmi isə 127 milyon manatdan çoxdur. Bu gün «Bank of Azerbaijan» ipoteka kreditini vermək hüququna malik olan 18 yerli banklar sırasına daxildir.
|
|
|
|