POS-terminallar
Pos-terminal - Kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatının aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır.
Kart vasitəsilə POS-terminal üzrə həyata keçirilən əməliyyatlar:
- Malların, iş və xidmətlərin dəyərinin ödənilməsi;
- Nağd pul vəsaitinin əldə edilməsi.
- Əmək haqqı, pensiya, müavinət və digər kartlar ilə pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində POS-terminal vasitəsilə malların, iş və xidmətlərin dəyəri ödənilərkən kart sahibindən əlavə xidmət haqqı tutulmur.
Bank filialında POS-terminal vasitəsilə nağd pul vəsaiti əldə olunarkən bankın tarif siyasətinə əsasən kart sahibindən xidmət haqqı tutulur.
POS-terminal üzrə əməliyyatlar həyata keçirilərkən adətən iki nüsxədə qəbz çap olunur. İmzalanmış qəbzin bir nüsxəsi kart sahibində, digəri isə təsərrüfat subyektində qalır.
Bu qəbz malın mağazaya geri qaytarılması zamanı zəruridir.
"Bank of Azerbaijan" ASC-nin POS-terminal xidmətlərindən istifadə edən müştərilərimiz aşağıdakı imkanlardan istifadə edəcəklər:
- POS-terminalın quraşdırılması ilə müştərilərinizin sayını artıracaqsınız ki, bu da daha çox gəlir deməkdir. Belə ki, digər şirkətlərlə müqayisədə, Plastik Kartlarla ödəniş qəbul edən müəssisənin yeni müştərilər cəlb etmək şansları artır.
- Artıq məsrəflərdən (nəğd pulların saxlanılması, hesablanması) və risklərdən (saxta pul əldə etmək, pulların oğurlanması) tamamilə azad olacaqsınız.
Beləliklə, "Bank of Azerbaijan" ASC-dən POS-terminal sifariş etmək istədiyiniz təqdirdə, Sizdən aşağıdakı sənədlər tələb olunacaqdır:
- Vergi ödəyicisinin uçotda olması haqqında VÖEN-nin surəti
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
- Vergilər Nazirliyindən obyektin uçotda olması haqqında arayış
- Müəssisənin icarə müqaviləsi və ya şəhadətnamənin surəti
Qeyd: Əgər müştərinin Bank of Azerbaijanda hesabı yoxdursa, POS-terminalın quraşdırılması üçün ərizədən qabaq hesab açılır.
POS-terminalın quraşdırılması və sonradan xidmət olunması üçün tutulan komisyon haqlarına bankımızın müvafiq şöbələri tərəfindən fərdi baxılır və müştərinin istəklərinə maksimum cavab verən təklif hazırlanır.
Rəsmi Məzənnələr
23.02.2012









