Müştərilərə xidmətin yeni yanaşma konsepsiyası
İri banklar üçün, özlərinin bank ilə qarşılıqlı fəaliyyətinin müxtəlif mərhələlərində operativ şəkildə, fərdiləşdirilmiş qaydada və vaxtında xidmət göstərilməsini tələb edən, çoxlu sayda müştərinin mövcud olması səciyyəvidir.
"Bank of Azerbaijan" ASC "Müştərilərə xidmət göstərilməsinə yeni yanaşmanın inkişaf etdirilməsi çərçivəsində yeni "Client Сare" xidmətini işə saldı.
Bundan sonra "Bank of Azerbaijan" ASC -nin hər bir müştərisi, istənilən arzu, təklif və şikayətlə xüsusi (055) 3333 175 nömrəsinə(həmçinin 175 məlumat mərkəzinə) müraciət edə və ya cs@bank.az ünvanına elektron məktub göndərə bilər və onun arzusu, təklifi və ya şikayəti 24 saat ərzində bankın mütəxəssisləri və rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərdən keçiriləcəkdir. Bankın yenilənmış İnternet səhifəsində də müştərilər üçün "Təkliflər və İradlar qutusu" yaradılmışdır (http://www.bank.az/PrivateOffers) və bankın müştəriləri həmin qutu vasitəsi ilə banka elektron məktub göndərə bilərlər.
Bu xidmət özlüyündə müştərinin, banka filial və şöbəsinə müraciət etməsi prosedurunu əvəz etmir. Yeni xidmət, ilk növbədə, bu və ya digər səbəbdən şirkətdə xidmətin səviyyəsindən narazı qalan şəxslər üçün nəzərdə tutulmuşdur.
Qeyd etmək istəyirdik ki, həmin konsepsiyasının məqsədi:
-
müştərilərimiz özlərini müdafiə olunmuş hesab etsinlər, görsünlər ki,
onlar həqiqətən güclü və etibarlı şirkətin qanadı altındadırlar.
-
şirkətə daxil olan bütün şikayətlərə obyektiv şəkildə baxılmasını təmin
etmək və qəbul edilən qərarlar haqqında müştəriləri vaxtında
məlumatlandırmaqdır.
Bizimlə Əlaqə:
Ümumi Məlumat Mərkəzi: 175
Təklif və Şikayət: +99455 3333 175
Email: cs@bank.az, office@bank.az
Saytımızda olan "Təkliflər və İradlar qutusu": http://www.bank.az/PrivateOffers.aspx
İnternet saytımız: www.bank.az
Rəsmi Məzənnələr
23.02.2012









